Azərbaycan XİN: “Kamikadzenin uşaqları hədəf alması narahatedicidir“

Azərbaycan XİN: “Kamikadzenin uşaqları hədəf alması narahatedicidir“ backend

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda törədilmiş terror aktı ilə əlaqədar açıqlama yayıb. QAZİLER.AZ nazirliyə istinadən xəbər verir ki, Azərbaycan XİN martın 27-də Pakistanın Lahor şəhərində törədilmiş və uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror aktını qəti şəkildə pisləyir: “Terrorçu-kamikadzenin uşaqların toplaşdığı məkanı hədəf alması xüsusi narahatedici məqamdır. Biz həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik.


Nazirlik bildirib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyir.
Diaspora