“Bakı metrosunda saxlanılan şəxsə qarşı hələ ki, ittiham irəli sürülməyib“

“Bakı metrosunda saxlanılan şəxsə qarşı hələ ki, ittiham irəli sürülməyib“ backend

Martın 25-də Bakı metrosunda saxlanılan Belarus vətəndaşına qarşı hələ ki, ittiham irəli sürülməyib. Belarusun Azərbaycandakı səfirliyi məsələ ilə sıx məşğul olur.

Qaziler.az "Report"a istinadən xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Dmitri Mironçik bildirib.
O Azərbaycan tərəfininin son dərəcə nəzakətlə davrandığını bildirib:
"Səfirlik Belarus vətəndaşının tutulması barədə operativ şəkildə məlumatlandırılıb. Həmçinin səfirlik işçilərinin saxlanılan şəxslə görüşü təmin edilib, onun üçün dərhal tərcüməçi və vəkil xidməti təşkil olunub".
"Saxlanılan şəxsə qarşı hələ ki, ittiham irəli sürülməyib. Azərbaycan tərəfinin bizim səfirliyi operativ şəkildə məlumatlandırması faktı bizə bir sıra zəruri tədbirlər görmək imkanı verdi", — deyə D.Mironçik bildirib.
Məlum olub ki, Bakı metrosunda saxlanılan şəxs ölkəsində dəfələrlə məsuliyyətə cəlb olunub. O, xüsusi ilə yaşayış binaları, qatar vaqonları və s. üzərində qraffiti çəkməyə görə ittiham olunub.
"Səfirlik bu məsələ ilə bundan sonra da diqqətlə məşğul olmaq və Azərbaycan tərəfi ilə sıx əlaqədə işləmək niyyətindədir", — deyə XİN rəsmisi əlavə edib.
Martın 25-i saat 01.30 radələrində Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən paytaxtın Nəsimi rayonunda Bakı Metropoliteninin havalandırma sisteminin borusu ilə həmin obyektə keçmək üçün orada olan dəmir barmaqlıqları xüsusi alətlə kəsmək istəyən Belarus Respublikasının vətəndaşı İlyevskiy Sergey Timofeyeviç saxlanılıb.
Hadisə yerindən metroda istifadə edilən bir ədəd qapı açarı, əlcək, alın fənəri, müxtəlif uzunluqda iki kəndir, 10 ədəd boya balonu, 12 ədəd rəng püskürən balon başlığı, “Nikon” markalı dayağı olan fotoaparat, başa bərkitmə mexanizmli “Sony” markalı videokamera götürülüb. S.İlyevskinin üzərinə baxış nəticəsində onun Tbilisi, Yerevan metro stansiyalarında və depolarında çəkdiyi şəkillər, bu obyektlərin, eləcə də Bakı Metropoliteninin sxemi, mobil telefon və pul aşkarlanıb.
Belarus Respublikasının Azərbaycandakı Səfirliyi əməkdaşlarının yaxından iştirak etdiyi ilkin araşdırma zamanı S.İlyevskiy havalandırma sisteminin borusunda olan dəmir barmaqlıqları kəsməklə metropolitenin tunelinə daxil olmaq və divarlara qraffiti üslubda rəsmlər çəkmək istədiyini bildirib. Bununla belə, S.İlyevskinin 2016-cı il mart ayının 18-də Belarusdan Gürcüstana, iki gün sonra Gürcüstandan Ermənistana getməsi, mart ayının 23-də yenidən Gürcüstana qayıdaraq oradan Azərbaycana gəlməsi müəyyən edilib.
Fakt üzrə zəruri araşdırmalar davam etdirilir.
Diaspora