Tramp: ABŞ Ukraynaya görə mübarizə aparan yeganə ölkədir

Tramp: ABŞ Ukraynaya görə mübarizə aparan yeganə ölkədir backend

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd olan Donald Tramp bildirib ki, ABŞ Ukraynaya görə real mübarizə aparan yeganə ölkədir.

Qaziler.az bildirir ki, APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Tramp “The New York Times” nəşrinə müsahibəsində bildirib.

Trampın sözlərinə görə, onun ən zəhləsi gedən şey Ukraynadakı problemi müşahidə etməkdir.

“Ukraynada baş verənlərdən ən az ABŞ ziyan çəkib, çünki biz coğrafi baxımdan hamıdan uzaqda yerləşirik. Buna baxmayaraq, Ukraynanın qonşuları münaqişənin nizamlanmasında elədə fəal iştirak etmirlər. Almaniya və digər ölkələrə baxın – onlara Rusiyadan neft, qaz və başqa şeylər lazımdır, buna görə də onlar dilini saxlayırlar!”, -deyə Tramp qeyd edib.
Diaspora