Avropa İnsan Haqları Məhkəməsi hazırda həbsdə olan tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərovun şikayəti üzrə qərarını açıqlayıb. Virtualaz.org bildirir ki, Strasburq məhkəməsi Rəsul Cəfərovla bağlı Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərarların Avropa Konvensiyasının tələblərinə zidd olduğunu elan edib. Məhkəmə Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci, 4-cü və 18-ci maddələrinin pozulduğunu bildirib.
Bütün bunları nəzərə alaraq Azərbaycan hökumətinin 32 min 448 avro məbləğində cərimələnməsi haqda qərar çıxarılıb.