”Bloomberg”: Rusiya-İran əlaqələri Suriya məsələsinə görə pisləşəcək

”Bloomberg”: Rusiya-İran əlaqələri Suriya məsələsinə görə pisləşəcək backend

"Rusiya prezidenti Vladimir Putinin Suriyada yerləşdirilmiş hərbi kontingentin çıxarılması haqqındakı qərarı Rusiya ilə İran arasındakı əlaqələrə bilavasitə təsir göstərə bilər". APA TV-nin “Bloomberg”ə istinadən xəbərinə görə, belə bir reaksiya Tehrandan gəlib.


İranın xarici işlər naziri Cavad Zərif rəsmi Moskvanın bu qərarını son üç həftədir ki davam etməkdə olan atəşkəsin daha da möhkəmləndirilməsi istiqamətində müsbət addım kimi dəyərləndirib. Bununla belə, bəzi İranmeylli regional qəzetlər Moskvanın atdığı addımların Bəşər Əsədin nailiyyətlərini təhlükə altında qoya və İranı Suriyadakı hərbçilərini geri çağırmağa vadar edə biləcəyi qənaətindədir.

Rusiyada fəaliyyət göstərən Müasir İran Mərkəzinin rəhbəri, o cümlədən İran hökuməti ilə yaxın əlaqələrə malik olan Rəcəb Səfərov Rusiya qoşunlarının Suriyadan çıxarılmasının gələcəkdə müxalifətlə aparılacaq danışıqlarda hazırkı prezident Bəşər Əsədin mövqeyinin zəifləyəcəyi fikrindədir. Onun sözlərinə görə, İranda Rusiyanın Suriyadakı vəziyyətin radikal şəkil alacağı ehtimalını nəzərdən keçirdiyindən ehtiyatlanır, eləcə də Bəşər Əsədsiz bir Suriya təsəvvür etmirlər.

Analitiklərin Rusiyanın Suriya münaqişəsini diplomatik üsulla həll edəcəyi istiqamətindəki addımlarına da öz yanaşması var. Onlar bu yöndəki cəhdlərin İranla əlaqələrə təsir göstərəcəyi barəsində proqnoz verirlər. Çünki rəsmi Tehran Bəşər Əsədin zəiflədilməsini istəmir, bununla da Suriyadakı təsirini saxlamağa çalışır.


Diaspora