Klinton ilkin seçkilədə liderdir

Klinton ilkin seçkilədə liderdir backend

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton özünü demokratlar daxilində praymerizin mühüm raundunun qalibi elan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu o Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.


“Biz noyabrda keçiriləcək seçkilərdə zəfər çalmağa yaxınlaşmışıq”, - deyə Klinton bildirib. Onun sözlərinə görə, təkcə martın 15-də o 300 partiya nümayəndəsinin və iki milyon seçicinin dəstəyini qazanıb.

Bundan əvvəl Klinton digər namizəd Berni Sandersi Ohayo, Florida və Şimali Karolinada qabaqlaya bilib, mübarizə İllinoys və Missuri ştatlarında davam etdirilir.