“İlham Əliyevin bu səfəri diplomatiyanın üstündədir“ - türkiyəli professor

“İlham Əliyevin bu səfəri diplomatiyanın üstündədir“ - türkiyəli professor backend

Türkiyəli mütəxəssislər Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfərini yüksək qiymətləndiriblər.


İstanbuldakı Yeni yüz il universitetinin prorektoru, beynəlxalq məsələlər üzrə mütəxəssis professor Yaşar Hacısalehoğlu APA-ya deyib ki, prezident İlham Əliyevin bu anlamlı səfəri diplomatiyanın üstündə olan hadisədir: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana fevralın 17-si və martın 15-ə planlaşdırılan səfərləri terror hadisələri səbəbindən təxirə salınıb. Prezident İlham Əliyevin qətiyyət nümayiş etdirib, bu addımı atıb. Burada səmimiyyət, qardaşlığın şərtlərini tərəddüdsüz yerinə yetirmək, “Bir millət, iki dövlət” prinsipinə sadiqlik var. Son illərdə Türkiyə ilə Azərbaycan arasında başda enerji olmaqla bir çox sahədəki yaxınlaşma bəzi ölkələri narahat etməkdədir. İki qardaş ölkənin əməkdaşlığına mane olmaq vasitələrindən biri də terror aktıdır. Türkiyənin bu sıxıntılı günlərində prezident İlham Əliyev başda TANAP layihəsi olmaqla, iki ölkə arasındakı əməkdaşlığı daha da dərinləşdirmək məqsədi daşıyan məsələlərin Ankarada da müzakirə oluna biləcəyini dünyaya göstərib. Bu addım istər Türkiyə-Azərbaycan münasibətləri, istərsə də diplomatiya tarixində çox mühüm bir hadisə kimi tarixə düşüb”.

İstanbuldakı Aydın Universiteti beynəlxalq əlaqələr kafedrasının müəllimi, professor Yaşar Onay APA-ya bu səfərin tarixi hadisə olduğunu bildirib: “Prezident İlham Əliyev bu addımı ilə göstərdi ki, Türkiyə ilə Azərbaycanın arasında “sən-mən” məsələsi ola bilməz. Mən də Azərbaycan türküyəm, qarapapağam. Prezident İlham Əliyevin bu addımı başda Ermənistan olmaqla, bəzi ölkələrə çox ciddi mesajdır, Ermənistanı dəstəkləyənlərə xəbərdarlıqdır”.
Diaspora