Avropa İttifaqı rəsmisi: “Azərbaycanla danışıqlar davam etdiriləcək“

Avropa İttifaqı rəsmisi: “Azərbaycanla danışıqlar davam etdiriləcək“ backend

“Bildiyiniz kimi indiyədək Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərə dair iki dəfə danışıqlar aparılıb”. APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.


O bildirib ki, Avropa İttifaqının ali nümayəndəsinin Azərbaycana səfəri zamanı danışıqların davam etdirilməsi ilə bağlı niyyət ifadə olunub: "Biz ilkin danışıqları davam etdirəcəyik. Avropa İttifaqında qayda belədir ki, kəşfiyyat danışıqlarından sonra bu məsələni üzv ölkələrin şurasına çıxaracağıq və yeni ikitərəfli formatla bağlı danışıqlara başlamaq üçün mandat istəyəcəyik. Bütün razılaşmalarla bağlı prosedur belədir".
Diaspora