Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ləğv edilib.
Qaziler.az bildirir ki, bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyindən bildiriblər.Qeyd edək ki, R.T.Ərdoğanın martın 15-də Azərbaycana səfəri planlaşdırılırdı. Səfər zamanı Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi nəzərdə tutulurdu.
Xatırladaq ki, Türkiyə Prezidentinin bundan əvvəl planlaşdırılan səfəri də Ankarada baş vermiş terror aktı səbəbindən təxirə salınmışdı.