Ankarada martın 13-də törədilmiş terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya bildirib ki, bununla bağlı Türkiyənin müvafiq qurumları və Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, martın 13-də Ankaranın Kızılay meydanında terror aktının törədilməsi nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb.Ankara terrorunda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması araşdırılır - XİN

