“Hazırda Azərbaycanla İran beynəlxalq çağırışlara qarşı birgə fəaliyyət göstərir”

“Hazırda Azərbaycanla İran beynəlxalq çağırışlara qarşı birgə fəaliyyət göstərir” backend

Azərbaycan prezidenti İlham Əliyev İran Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu yaxınlarda İran İslam Respublikasına uğurlu səfərini məmnunluqla xatırlayan dövlət başçısı səfərin gözəl nəticələr verdiyini deyib və ölkələrimiz arasında əməkdaşlığa dair ikitərəfli 12 sənədin imzalanmasının önəmini qeyd edib.

Prezident İlham Əliyev bütün sahələri əhatə edən əməkdaşlığımızın hazırda sürətlə inkişaf etdiyini bildirib. İran və Azərbaycan Sərhəd xidmətləri arasında əlaqələrin artıq böyük tarixə malik olduğunu vurğulayan dövlət başçısı Q. Rzayinin ölkəmizə səfərinin bu əlaqələrə yeni təkan verəcəyini bildirib.

İ. Əliyev qeyd edib ki, ölkələrimizi və xalqlarımızı böyük tarix birləşdirir. Dövlət başçısı hazırda ölkələrimizin beynəlxalq çağırışlara qarşı birgə fəaliyyət göstərdiklərini qeyd edib, iki ölkənin Sərhəd Xidmətinin fəaliyyətinin əlaqələndirilməsinin genişləndirilməsinin və əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Q. Rzayi isə Azərbaycan və İran prezidentlərinin ölkələrimizin Sərhəd xidmətləri arasında əlaqələrin inkişafına verdikləri dəstəyin önəmini vurğulayıb. O, prezident İlham Əliyevin İrana son səfərini və səfər zamanı məhsuldar görüşlərin keçirildiyini məmnunluqla qeyd edib. Q. Rzayi yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimizin Sərhəd xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi işinə təkan verəcəyini bildirib.
Diaspora