Yunanıstanın baş naziri Aleksis Tsipras martın 8-də İzmirə gedib.
Qaziler.az Azadlıq Radiosuna istinadən bildirir ki, onu türkiyəli həmkarı Əhməd Davudoglu qarşılayıb.Tsipras İzmirə, Yunanıstan-Türkiyə biznes forumunda iştirak etmək üçün gedib.
Bu toplantı iki ölkə arasındakı Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində keçirilir.
Növbəti toplantı isə ilin sonunda Yunanıstanın Simi şəhərində olmalıdır.
İzmir toplantısında çox güman ki, əsasən miqrant böhranı müzakirə ediləcək.
Qeyd edək ki, Yunanıstan Avropaya miqrant axınında əsas qapı hesab olunur.
Əsasən Suriya və İraqdan olan miqrantlar Türkiyə, Yunanıstan və Balkan ölkələri vasitəsi ilə daha varlı Avropa Birliyi ölkələrinə keçməyə can atırlar.
Son 10 gün Ərzində Yunanıstana 10 minlərlə qaçqın yığışıb.
Türkiyədə isə hazırda 3 milyona yaxın qaçqın var.