Azərbaycan prezidenti İlham Əliyev martın 8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Latviya Respublikasının keçmiş Prezidenti xanım Vayra Vike-Freyberqanı və Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışılıb, Forumun ənənəvi olaraq hər il yüksək səviyyədə təşkil edildiyi bildirilib. Qlobal Bakı Forumunun ildən-ilə genişləndiyi və tədbirə marağın getdikcə daha da artdığı vurğulanıb.Söhbət zamanı qonaqlar qeyd ediblər ki, Forumun uğur qazanması prezident İlham Əliyevin nüfuzu, uzaqgörənliyi və dəstəyi sayəsində mümkün olub.