Martın 8-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə təkbətək görüşü olub. QAZİLER.AZ prezidentin saytına istinadən xəbər verir ki, görüşdə ölkələr arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. İqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Bu səfərin münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb.
Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra iki dövlət arasında sənədlər imzalanıb