“Azərbaycan NATO-nun bütün layihələrində iştirak edir və bu məsələdə digər tərəfdaşlarından daha fəaldır”. APA-nın xəbərinə görə, bunu NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Lahyu bildirib.
“Biz Azərbaycan, Gürcüstan və digər ölkələrin iştirak edə biləcəyi hərbi treninqlər haqqında da düşünürük. Azərbaycan-NATO münasibətləri həmişəki kimi möhkəm və sabitdir”, - deyə o vurğulayıb.
Gürcüstanın NATO üzvlüyünə can atan ölkə olduğunu deyən U. Lahyu eyni zamanda Azərbaycan və Ermənistanın NATO-nun bütün layihələrində iştirak etdiyini diqqətə çatdırıb.
“Regiondakı əməkdaşlığımız çox möhkəm və sabitdir. Hər üç ölkə NATOilə güclü tərəfdaşlığın qorunub saxlanmasında maraqlıdır”, - deyə U. Layhu qeyd edib.