Martın 9-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Fars körfəzi Ölkələrinin Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək.
Axar.az xəbər verir ki, xarici işlər nazirləri səviyyəsində keçiriləcək toplantıda regional və beynəlxalq məsələlər, Suriya, Yəmən və İraqda baş verən son hadisələr müzakirə olunacaq.Xatırladaq ki, Şuranın xarici işlər nazirləri Hizbullahın terror təşkilatı elan edilməsindən sonra ilk dəfədir toplanır.