ABŞ səfirliyi: ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır

ABŞ səfirliyi: ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır backend

“ABŞ qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımır”.

Qaziler.az bildirir ki, bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən Corciya ştatının separatçı Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanıması ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirilərkən deyilib.

Səfirlik bildirir ki, ölkənin xarici siyasəti federal hökumət tərəfindən müəyyənləşir: “Corciya ştatı Nümayəndələr Palatasında Dağlıq Qarabağla bağlı qəbul edilən qətnamə ştatın qanunverici orqanının öz fikrini bildirməsidir və ABŞ-ın bu məsələ ilə bağlı xarici siyasətini dəyişmir”.
Diaspora