Almaniyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Almaniyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır backend

Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempelin diplomatik fəaliyyəti başa çatır.

Qaziler.az Azərtac-a istinadən bildirir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu münasibətlə Haydrun Tempel ilə görüşündə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Nazir Azərbaycan ilə Almaniya arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Diaspora