Prezident İlham Əliyevin Tehrana səfəri zamanı Şimal-Cənub dəhlizinə dair Azərbaycanla İran arasında əldə edilmiş razılaşma erməniləri əməlli-başlı təşvişə salıb.
Qaziler.az ATV.az-a istinadən bildirir ki, uzun illərdir öz dəmir yollarını İranla birləşdirməyə can atan və bununla nəqliyyat blokadasından çıxmağa çalışan Ermənistanın tranzit ölkə olması yolunda sonuncu arzunun dəfn olunması deməkdir. Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan müsahibəsində Azərbaycanın bu addımla Ermənistanı birdəfəlik blokadaya salacağanı etiraf edib.“Bu yolun açılması Ermənistana təhdidir. Biz təcrid olunacağıq, vəssalam. Əgər daha ağıllı hərəkət edə bilməsək taleyimiz heç də yaxşı olmayacaq. Biz bütün yollara əl atmışıq. Lakin Azərbaycan imkan vermir”
Azərbaycanın Şimal-Cənub dəhlizinə qoşulması üçün mövcud infratruktura yalnız Azərbaycanın Astara şəhərindən İrana dəmir yolu xəttinin birləşdirilməsi qalır ki, bu da cəmi 8 kilometrdir. Bunun maliyyələşdirilməsi üçün az vəsait tələb olunur.
Qeyd edək ki, İran tərəfi Astara-Rəşt-Qəzvin dəmir yolunu tikib başa çatdırdığı təqdirdə, dəhliz işə düşəcək. Nəticədə İrandan Rusiyaya, oradan isə Avropaya Azərbaycan üzərindən ildə 7 milyon ton yük, 1.4 milyona yaxın sərnişin daşımaq mümkün olacaq.