Rusiya xarici işlər nazirinin müavini Azərbaycana gələcək

Rusiya xarici işlər nazirinin müavini Azərbaycana gələcək backend

Sabah Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıya səfər edəcək.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, Q.Karasinin Azərbaycan xarici işlər nazirliyinin rəhbərliyi ilə keçirəcəyi məsləhətləşmələrdə ikitərəfli və regional məsələlərin geniş spektri müzakirə olunacaq.

“Azərbaycan xarici işlər nazirliyinin rəhbərliyi ilə işgüzar görüş planlaşdırırıq. Gündəmimiz genişdir, ikitərəfli əlaqələr müzakirə edəcəyik”, - deyə Q.Karasin bildirib.
Diaspora