AŞPA –nın Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valter Bakıdadır

AŞPA –nın Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valter Bakıdadır backend

Avropa Şurası Parlament Assmableyasının Siyasi Əlaqələr Komitəsinin Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valterin Azərbaycana səfəri başlayıb.

APA-nın məlumatına görə, iki günlük səfər Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması ilə bağlı hesabat hazırlamaq məqsədi daşıyır.

Səfər zamanı R. Valter Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, parlamentin sədri Oqtay Əsədov, ədliyyə naziri Fikrət Məmmədov və müdafiə naziri Zakir Həsənovla görüşəcək. Onun Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, eləcə də qaçqın və məcburi köçkünlər, Dağlıq Qarabağ məsələsi ilə məşğul olan vətəndaş cəmiyyəti üzvləri ilə görüşləri də planlaşdırılıb.
Diaspora