Bakıda Azərbaycan-Macarıstan Biznes Forumu keçiriləcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, martın 6-da Macarıstanın Baş naziri cənab Viktor Orbanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Macarıstan Biznes Forumu keçiriləcək.
Biznes foruma qida və kənd təsərrüfatı, İKT, tikinti, bərpa olunan enerji və tullantıların idarə edilməsi, sənaye məhsulları və avadanlıqlarının istehsalı, yüngül sənaye, turizm, əczaçılıq, təhsil, aviasiya, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 50-dən artıq Macarıstan şirkətinin qatılacağı gözlənilir.