Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri Bakı səmasında uçuşlar həyata keçirəcəklər. Trend bu barədə “AzeriDefence”ə istinadən məlumat verir. SOLO Türk-ün təsdiq olunmuş proqramına əsasən, təyyarə və uçuş heyəti nümayiş uçuşu üçün sentyabrın 13-də Azərbaycana gələcək. Hərbi mənbələrdən əldə edilən məlumata görə, SOLO Türk heyəti 15 sentyabr Bakının bolşevik-daşnak işğalından azad edilməsinin ildönümü münasibəti ilə paytaxt səmasında akrobatik uçuşlar reallaşdıracaq.
Qeyd edək ki, SOLO Türk Türkiyə Hərbi Hava Qüvvələrinin sahib olduğu modern və yüksək performanslı F-16 təyyarəsinin qabiliyyətlərini və türk pilotlarının bu təyyarədəki bacarıqlarını anlatmaq üçün yaradılıb. Nümayiş uçuşlları tək pilotlu F-16 C Blok-40 təyyarəsi ilə icra olunur. Uçuşlar zamanı təyyarənin hər iki qanad ucuna taxılan tüstü avadanlığı vasitəsi ilə havada ağ rəngli tüstü izi buraxılır.