“Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü səmərəli addım olardı”.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.O qeyd edib ki, ÜTT-yə üzvlük daha dərin iqtisadi inteqrasiyaya gətirib çıxaran bir addımdır. “Bu, Azərbaycanda keçirilən iqtisadi islahatlara da öz töhfəsini vermiş olardı”.
F. Mogerini E. Məmmədyarovu Brüsselə dəvət etdiyini və bu səfərin uyğun bir vaxtda reallaşmasını istədiyini bildirib.