Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin Azərbaycana səfəri başlayıb. APA-nın xəbərinə görə, səfər çərçivəsində F. Mogerininin Azərbaycanın rəsmi şəxsləri, o cümlədən xarici işlər naziriElmar Məmmədyarovla görüşləri olacaq.
F. Mogerininin, həmçinin, Azərbaycanda səfərdə olan Avropa Komissiyasının enerji məslələri üzrə vitse-prezidenti Maroş Şevçoviçlə birgə “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının II iclasında iştirak edəcəyi gözlənilir.