Bakıda Azərbaycan-Pakistan biznes forumu işə başlayıb

Bakıda Azərbaycan-Pakistan biznes forumu işə başlayıb backend

Bakıda Azərbaycan-Pakistan biznes forumu işə başlayıb. APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və Pakistan prezidenti Məmnun Hüseyn biznes forumda iştirak ediblər.

Dövlət başçıları forumda çıxış ediblər. Sonra Azərbaycan Ticarət və Sənaye Palatası və Pakistan Sənaye və Ticarət Palataları Federasiyası arasında anlaşma memorandumu imzalanıb. Azərbaycan və Pakistan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, səhiyyə, İKT və digər sahələrdə fəaliyyət göstərən 100 nəfər iş adamının iştirakı ilə keçirilən biznes forum işini təqdimat və çıxışlarla davam etdirir.
Diaspora