Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Qaziler.az Prezidentin mətbuat xidmətinə istinadən məlumat verir ki, telefon danışığı zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin aktual məsələləri, xüsusilə də ticarət-iqtisadi sahədə əməkdaşlıq ətrafında fikir mübadiləsi davam etdirilib.