“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri ən qısa zamanda gerçəkləşdirmək şərti ilə təxirə salınıb".
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib. O bildirib ki, səfər hər iki ölkə başçısının proqramına uyğun olaraq təşkil ediləcək: "Amma düşünürəm ki, səfər çox gec olmadan baş tutacaq".Qeyd edək ki, Türkiyə prezidentinin Azərbaycana bu il fevralın 18-ə planlaşdırılan səfəri Ankarada törədilən terror aktı səbəbindən təxirə salınıb.