Rusiyanın Ermənistana silah satması vəziyyəti daha da gərginləşdirə bilər

Rusiyanın Ermənistana silah satması vəziyyəti daha da gərginləşdirə bilər backend

Rusiyanın Ermənistana silah satması vəziyyəti daha da gərginləşdirə bilər.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bu barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında bildirib.

O deyib: "Təəssüf edirəm ki, Rusiyanın Ermənistana silah satması ilk hal deyil. Bu onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirir. Biz Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya tərəfinə verdiyi notaya cavab gözləyirik. Görək, Rusiya tərəfi nə cavab verəcək? Hər halda indiki vəziyyətdə Rusiya tərəfindən Ermənistanın silahlandırılması, bundan əvvəl də Ermənistana silah verilməsi sözsüz ki, bizi narahat edir. Biz bunu düzgün hesab etmirik. Hesab edirik ki, Ermənistanın işğalçı dövlət kimi silahlandırılması vəziyyəti daha da gərginləşdirə bilər. Buna görə də çox istərdik ki, Rusiya tərəfi bizə obyektiv məlumat versin".
Diaspora