Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin 10-11 mart tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakıda təşkil etdiyi IV Qlobal Bakı Forumunda iştirak etməsi dəqiqləşib.
Qaziler.az bildirir ki, Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,Gürcüstan prezidenti forumda iştirak edəcək.“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan forum çərçivəsində ümumilikdə dünyanı narahat bir sıra mühüm məsələlər, həmçinin münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri və digər mühüm məsələlər müzakirə ediləcək, o cümlədən bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.