“İlham Əliyevlə vacib siyasi məsələlər müzakirə edilib“ - Ruhani

“İlham Əliyevlə vacib siyasi məsələlər müzakirə edilib“ - Ruhani backend

“Biz regional problemlərin hərbi yolla deyil, siyasi yollarla həll olunacağına inanırıq”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən RuhaniAzərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, azərbaycanlı həmkarı ilə son 2,5 ildə ərzində 5-ci dəfə görüşür: “Hər görüşdə iki dost, qardaş və qonşu ölkə arasında ikitərəfli əməkdaşlıq sahəsində əldə olunan irəliləyişlər müzakirə olunur”.

H. Ruhani qeyd edib ki, Azərbaycan prezidenti ilə görüş zamanı vacib siyasi məsələlər, habelə iqtisadi və mədəni sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib: “Cənubla şimalı birləşdirən Astara-Astara tranzit dəhlizi ilə bağlı ilin sonunadək vacib irəliləyişin şahidi olacağıq”.

İran prezidenti görüşdə həmçinin energetika, neft-qaz, Xəzərin ehtiyatlarının bölünməsi və birgə istifadəsi barədə konstruktiv danışıqların aparıldığını bildirib. Görüşdə islam dini ilə bağlı məsələlər və Suriyaproblemi də müzakirə edilib.
Diaspora