Almaniya və Fransa rəsmiləri Kiyevdədir

Almaniya və Fransa rəsmiləri Kiyevdədir backend

Almaniya və Fransanın xarici işlər naziri Kiyevdə rəsmi səfərdədirlər.

Qaziler.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, Frank-Walter Steinmeierlə Jean-Marc Ayraultun səfəri qərbpərəst koalision hökumətin ötən həftə parlamentdə çoxluğu itirməsindən sonraya təsadüf edir.

Liderlər səfərdən əvvəl Kiyevin apardığı islahatları alqışlayıb, amma hökuməti korrupsiya ilə mübarizədə daha böyük irəliləyişə nail olmağa və bütün qüvvələri islahatlara qoşulmağa çağırıblar.

Xarici işlər nazirləri həmçinin Ukraynanın şərqində atəşkəslə bağlı Minsk razılaşmasına əməl edilməsinin vacibliyini bildiriblər.

2 ildir ki, Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.


Diaspora