ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayan azərbaycanlıların yaratdığı Vaşinqton Azərbaycan Komitəsi 21 fevralda Ağ Evin qarşısında Dünya Ana Dili Günü münasibətilə aksiya keçirib. Komitənin təmsilçisi Zaur Bayramlı bildirib ki, Vaşinqtonda yaşayan soydaşlarımızın qatıldığı aksiyada İran rejimi tərəfindən İİR-də yaşayan 40 milyon türkün ana dilindən istifadə hüquqlarının məhdudlaşdıırlması pislənilib, “Ana dilində təhsil istəyirik", “Siyasi məhbuslara azadlıq” şüarları səsləndirilib.
Havanın yağışlı olmasına baxmayaraq, aksiya 1 saatdan çox davam edib və ətrafda xeyli insanın toplaşmasına səbəb olub.