Nəhənglər Britaniyanın AB-dən ayrılmasına qarşı

Nəhənglər Britaniyanın AB-dən ayrılmasına qarşı backend

Böyük Britaniyanın 100 ən böyük şirkətinin yarısı ölkənin Avropa Birliyindən çıxmasını dəstəkləmədiklərini və Baş nazir Devid Kemeronun yanında olduqlarını bildiriblər.


Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Faynənşl Tayms” qəzeti yayıb. Qəzet ölkənin Avropa Birliyindən ayrılmasına qarşı çıxan şirkətlər arasında BP, “Şel” neft korporasiyaları, “Vodafon”, BT, “Rio Tinto”, “BAE Sistems”in olduğunu bildirib. Kemerona dəstək verənlər sırasında HSBC bankının da adı yer alıb.

Qeyd edək ki, Kemeron ölkəsinin ittifaqın üzvü kimi qalmasını dəstəkləyir. Hətta bir müddət öncə rəsmi Brüssellə London Britaniyaya AB tərkibində xüsusi status verilməsi ilə bağlı razılaşıblar.

Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı referendum 23 iyunda keçiriləcək
Diaspora