ABŞ səfiri: “Azərbaycanın yaşadığı ağrı-acı məni çox ağrıdır”

ABŞ səfiri: “Azərbaycanın yaşadığı ağrı-acı məni çox ağrıdır” backend

“Dünyanın heç bir ölkəsi Azərbaycanın yaxın tarixdə məruz qaldığı zorakılıq kimi hallardan sığortalanmayıb”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Qafqaz Müsəlmanları İdarəsində (QMİ) sədr Allahşükür Paşazadə ilə keçirdiyi görüş zamanı deyib. O bildirib ki, ABŞ-ın özü də bu cür hallardan sığortalanmayıb: “Ona görə də biz belə halların baş verməməsi üçün birgə çalışmalıyıq”.

R. Sekutanın sözlərinə görə, Azərbaycanın məruz qaldığı hadisələr bir səfir kimi onun üçün çox önəmlidir: “Ölkənin yaşadığı ağrı-acı, xüsusilə Xocalı faciəsi kimi hadisələr məni çox ağrıdır və bu hadisəni mən yaxından öyrənməliyəm. Bu, mənim üçün önəmlidir”.
Diaspora