Gürcüstan, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri birgə Bəyannamə imzalayıblar

Gürcüstan, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri birgə Bəyannamə imzalayıblar backend

Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin Tbilisidə keçirilən 5-ci üçtərəfli görüşünün yekunları ilə bağlı Bəyannamə imzalanıb.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, sənədə Gürcüstanın xarici işlər naziri Mixail Canalidze, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu imza atıb.

Bəyannamədə üç ölkə arasında regional əməkdaşlığa dair layihələrin əhəmiyyəti, o cümlədən Azərbaycan və Gürcüstanı narahat edən münaqişələrə münasibət əksini tapıb. Sənəddə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstək bir daha vurğulanıb.
Diaspora