Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin Tiflisdə ikitərəfli görüşü başlayıb.
Qaziler.az bildirir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və Gürcüstanın xarici işlər naziri Mixail Canelidzenin rəhbərliyi ilə nümayəndə heyətləri arasında keçirilir.Görüş bu gün Tiflisdə keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub.
Gürcüstan xarici işlər nazirinin müavini Giqi Giqiladze jurnalistlərə açıqlamasında bu gün xarici işlər nazirləri səviyyəsində növbəti V görüşün keçiriləcəyini bildirib: "Bizim münasibətlər aktiv inkişaf edir. Bir neçə gün əvvəl nəqliyyat nazirlərinin görüşü keçirilib. Bundan başqa bu gün ikitərəfli görüşlər də nəzərdə tutulur. İkitərəfli görüşlərdə iqtisadi əlaqələrin inkişafı, siyasi münasibətlərin dərinləşlməsi, siyasi və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq".
Nazir müavini bildirib ki, üçtərəfli görüşdən sonra Türkiyə, Azərbaycan və Gürcüstan arasında bəyannamə imzalanacaq: "Bəyannamədə ikitərəfli və üçtərəfli maraqlarımız ifadə olunacaq. Sənəd imzalandıqdan sonra nazirlər Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində magistral yolun Kartsax sahəsinə baxış keçirəcəklər".
Görüş Tiflisdə bu gün keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub.
Qeyd edək ki, bu, üç ölkə nazirlərinin bu formatda beşinci görüşü olacaq.