Timoşenko koalisiyadan ayrıldı

Timoşenko koalisiyadan ayrıldı backend

Ukrayna Baş naziri Arseni Yaçenyukun parlamentdə əldə etdiyi qələbədən sonra Yuliya Timoşenkonun liderlik etdiyi Batkivşina Partiyası koalisiyadan ayrılıb. Axar.az xəbər verir ki, bu barədə məlumat verən xanım Timoşenko koalisiyadan ayrılmağın yeganə doğru yol olduğunu deyib:


“Dünən parlamentdə baş verənlər qeyri-adi hadisə idi. Demokratik koalisiya qura bilmədik. Hökumət ölkəni uçuruma doğru aparır. Partiyamız belə davam etməsini istəmir”.

Xatırladaq ki, Timoşenko dünən verdiyi açıqlamada Arseni Yaçenyuk hökumətinin istefaya getməsinin əleyhinə səs vermək üçün Ali Rada deputatlarına 1 milyon dollar rüşvət verildiyini iddia etmişdi.
Diaspora