Ceyms Appaturay: NATO Azərbaycanla əməkdaşlığı genişləndirəcək

Ceyms Appaturay: NATO Azərbaycanla əməkdaşlığı genişləndirəcək backend

NATO Azərbaycanla Əfqanıstanda işi davam etdirəcək.

Qaziler.az bildirir ki, bunu Trend-ə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

O bildirib: "Biz Əfqanıstanda Azərbaycanla birgə işləməyi davam etdirməyə hazırlaşırıq".

C.Appaturay qeyd edib ki, Azərbaycanın NATO-dakı missiyası yalnız genişləndiriləcək: "Biz ümid edirik ki, Azərbaycan Əfqanıstan təhlükəsizlik qüvvələrinə dəstək verilməsinə öz əhəmiyyətli töhfəsini davam etdirəcək və ölkəyə ayada durmağa kömək edəcək".

Azərbaycanda fəaliyyətə gəlincə, C.Appaturay qeyd edib ki, NATO azərbaycanlı zabitlərin treninqlərində fəal iştirak edir: "Bizim əməkdaşlıq üçün iki çərçivəmiz var. Birincisi, Fərdi Tərəfdaşlıq Planıdır (IPAP). Bu plan daha da siyasidir. İkinci əməkdaşlıq növü isə müdafiə sahəsində islahatlara yönəlib. Hər iki proqramın müddəti iki ildir və bu il sona çatacaq. Biz həmin proqramların yenilənməsi haqqında müzakirələrə başlamağı planlaşdırırıq və ilin sonunadək artıq biləcəyik ki, nəyi və necə dəyişək".
Diaspora