“Azərbaycanla Latviya arasında münasibətlər dərinləşib“ - Latviya prezidenti

“Azərbaycanla Latviya arasında münasibətlər dərinləşib“ - Latviya prezidenti backend

“Latviya Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin güclənməsinin tərəfdarı kimi inanır ki, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq davam etdirilməlidir”. APA-nın məlumatına görə, bunu Latviya prezidenti Raymonds Veyonis “The Business Year” jurnalına müsahibəsində deyib.


O bildirib ki, Riqada “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində verilən qərarların icrası üçün işləmək və ölkələrə fərqli yanaşma prinsipini dərinləşdirmək istiqamətində irəliləmək lazımdır. “Hər bir ölkənin Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində ambisiyalarını nəzərə alaraq, onlarla əməkdaşlıq zamanı fərdi yanaşma tətbiq edilməlidir. Bu həmçininAvropa İttifaqı-Azərbaycan əməkdaşlığının hüquqi çərçivəsinin yenilənməsini tələb edir. Əhalinin təhlükəsiz və yaxşı idarə olunan mühitdə mobilliyinin genişləndirilməsi “Şərq tərəfdaşlığı”nın əsas məqsədi olaraq qalır. Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında viza sadələşdirilməsi və readmissiya sazişinin həyata keçirilməsi sahəsində bu gün əldə olunan uğuru alqışlayır. Latviya müəyyən olunmuş kurs çərçivəsində Azərbaycanla viza dialoqunun aparılmasını dəstəkləyir”.

Latviya prezidenti bildirib ki, son illərdə Azərbaycanla Latviya arasında münasibətlər dərinləşib. Bununla yanaşı o, siyasi, iqtisadi və mədəniyyət sahəsindəki əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu düşündüyünü bildirib: “Mən əminəm ki, 4 illik prezidentliyim müddətində ikitərəfli əlaqələrimizi zənginləşdirmək üçün yeni təşəbbüslər başlanılacaq və həyata keçiriləcək. Əminəm ki, əlaqələrimizi ali səviyyədə də davam etdirəcəyik. Latviya Azərbaycanla açıq və konstruktiv siyasi dialoqu yüksək qiymətləndirir”.
Diaspora