NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın Azərbaycana səfəri başlayıb.
APA-nın məlumatına o, Azərbaycana ötən axşam gəlib. Bu gün səhərdən isə xüsusi nümayəndənin rəsmi görüşləri başlayıb. Onun Azərbaycanda rəsmi şəxslər, o cümlədən xarici işlər və müdafiə nazirləri ilə görüşü gözlənilir.