İranın Səudiyyə Ərəbistanında maraqlarını İsveçrə müdafiə edəcək

İranın Səudiyyə Ərəbistanında maraqlarını İsveçrə müdafiə edəcək backend

İsveçrə İranın Səudiyyə Ərəbistanındakı maraqlarını qorumağa hazır olduğunu bildirib.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri-Ənsari İranın Səudiyyə Ərəbistanındakı maraqlarının qorunması ilə bağlı suala cavabında söyləyib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı da İsam Respublikasındakı maraqlarının qorunması üçün İsveçrə ilə diplomatik danışıqlar aparacaq.
Bu prosesdən sonra İsveçrə krallığın mənafeyini Tehranda, İslam Respublikasının maraqlarını isə ər-Riyadda qoruyacaq.
Qeyd edək ki, bu ilin yanvarında Səudiyyə Ərəbistanının İrandakı səfirliyi və konsulluğunun binalarına hücumdan sonra Səudiyyə Ərəbistanı İranla bütün əlaqələrini kəsib.
Diaspora