Bosniya və Herseqovina Avropa İttifaqını istəyir

Bosniya və Herseqovina Avropa İttifaqını istəyir backend

Bosniya və Herseqovina Avropa İttifaqına (Aİ) üzvlüyə dair ərizəsini quruma təqdim edib. Trend Reuters-ə istinadən xəbər verir ki, bu barədə Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Federika Mogerini bəyan edib.

Bundan öncə, xəbər verilmişdi ki, ölkə yanvarın sonunadək Aİ-də üzvlüyünə dair ərizəsini quruma təqdim edəcək.

Hazırda Aİ-yə üzv olan ölkələrin sayı 28-dir. Bu təşkilata üzv olan son ölkə Xorvatiyadır. Ölkə 2013-cü ilin iyulunda quruma üzv qəbul olunub.
Diaspora