Azərbaycan prezidenti fransalı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti fransalı həmkarına başsağlığı verib backend

Azərbaycan prezidenti İlham Əliyev Fransa idmançılarının Argentinada baş vermiş vertolyot qəzasında həlak olması ilə əlaqədar fransalı həmkarı Fransua Ollanda başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir: ”Hörmətli cənab prezident, Argentinada baş vermiş vertolyot qəzasında Olimpiya çempionu Kamil Muffanın, tanınmış idmançıların və digər həmvətənlərinizin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
Diaspora