Lavrov Kerri ilə Suriyada vəziyyəti bir daha müzakirə edib

Lavrov Kerri ilə Suriyada vəziyyəti bir daha müzakirə edib backend

Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Con Kerri ilə Münxendə keçirdiyi görüş zamanı "iki ölkə hərbçilərinin Suriya ərazisindəki fəaliyyətinin əlaqələndirilməsi" mövzusunu müzakirə edib.

Qaziler.az-ın məlumatına görə, “Report” RİA "Novosti" agentlirinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Zaxarova bildirib ki, görüşün keçirilməsi təşəbbüsü ilə ABŞ tərəfi çıxış edib.
Fevralın 11-də Münhendə keçirilən Suriyaya Beynəlxalq Dəstək Qrupunun iclasının yekunları da diqqət mərkəzində saxlanılıb.
***19.25
Bakı. 13 fevral. REPORT.AZ/ Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın Dövlət katibi Con Kerri ilə ikinci dəfə bir araya gəlib.
“Report” RİA "Novosti" agentlirinə istinadən xəbər verir ki, hazırda davam edən görüşlə bağlı malumatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "Facebook" vasitəsi ilə yayıb.
Qeyd edək ki, Kerri ilə Lavrov iki gün əvvəl Münhendə Suriya ilə bağlı danışıqlar aparmışdı.
Diaspora