Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Əlaqələrin intensivliyi baxımından görüşlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edildi.Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi, səylərin bu istiqamətə yönəldilməsinin vacibliyi vurğulandı və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.