Azərbaycan Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi ilə əlaqədar komissiya yaradılıb.
Qaziler.az bildirir ki, "Report"un xəbərinə görə, bununla əlaqədar ləğv edilən Satınalmalar üzrə Dövlət Agentliyinin debitor və kreditorları agentliyin bütün öhdəlikləri üzrə iki ay müddətinə ləğvetmə komissiyasına (Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi-80, giriş 4, ikinci mərtəbə) müraciət edə bilərlər.Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 15 yanvar tarixli fərmanı ilə Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib.