Alyans Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi ilə razı deyil. Axar.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradin BAXCP qərargahında keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Alyans Avropa Parlamentində təmsil olunsa da, həmişə onun qərarlarını dəstəkləmir.
Y.Zahradin Azərbaycan torpaqlarını işğal edən Ermənistana sanksiya tətbiq olunması sualını cavablandırarkən deyib ki, Alyans münaqişənin həllinə dəstək verməyə hazırdır.