Avropa İttifaqı Azərbaycanla strateji tərəfdaşlıq sazişi imzalamağa çalışır

Avropa İttifaqı Azərbaycanla strateji tərəfdaşlıq sazişi imzalamağa çalışır backend

“Çalışırıq ki, hər iki tərəf üçün uyğun olan strateji tərəfdaşlıq sazişi imzalayaq”. APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, bu sənəd əsasən qanunun aliliyi, ticarət, iqtisadiyyat, demokratiya və digər sahələri əhatə edir.


M. Mard qeyd edib ki, qanunun aliliyi, ədliyyə, regionların inkişafı sahəsində Azərbaycana qrantlar qismində yardımlar ayrılacaq: “Bu qrantların həcmi 75-90 milyon avro təşkil edəcək. Bunlar Avropa Qonşuluq Siyasəti və “Şərq tərəfdaşlığı”nın tərkib hissəsidir”.
Diaspora