Ərdoğan ABŞ-ı Suriya kürdlərini dəstəklədiyinə görə tənqid edib

Ərdoğan ABŞ-ı Suriya kürdlərini dəstəklədiyinə görə tənqid edib backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü ABŞ-ı regionu "qan gölünə" çevirməkdə ittiham edib və bunun səbəbini Vaşinqtonun Suriyanın əsas kürd təşkilatlarını terror qurumları kimi tanımaqdan imtina etməsində görüb.

Qaziler.az "Reporta istinadən xəbər verir ki, bu barədə "Hurriyet" qəzeti yazıb.

"Siz bizi nə "Kürd Fəhlə Partiyası"nı, nə "Demokratik İttifaq"ı (PYD), nə də "Xalq Özünümüdafiə Dəstələri"ni (YPG) tanımağa məcbur edə bilməzsiniz. Biz bu təşkilatları yaxşı tanıyırıq, necə ki İŞİD-i tanıyırıq. Sizin onları heç vaxt terrorçu kimi tanımamağınız səbəbindəndir ki, region qan gölünə çevrilib", - deyə "Hurriyet" Türkiyə liderinin sözlərini sitat gətirib.
"Siz bizim tərəfdəsiz, yoxsa terrorçuların? Bu nə tərəfdaşlıqdır?" Bu bizə birbaşa olaraq heç nə demir, bizim arxamızdan isə hansısa faktlara məhəl qoymamaq niyyətləri bəyan edilir", - deyə Ərdoğan diqqətə çatdırıb.
Diaspora